19 aprel 1907 |
Bədəl bəy Bədəlbəyov
və Rəhimə xanım Qacarın ailəsində
Əfrasiyab Bədəlbəyli anadan olmuşdur. |
1916 |
Bədəl bəyin müdir olduğu
6-cı müsəlman-rus məktəbini ibtidai
təhsil üzrə bitirir |
1916-1924 |
Bakı şəhəri 1-ci Realnı
məktəbində – Dövlət Pedaqoji İnstitutu
nəzdindəki II pilləli Nümunəvi Məktəbdə
təhsil alır |
1921-1923 |
Bakı şəhəri 20 ¹-li I pilləli
əmək məktəbində kargüzar işləyir |
1922-1928 |
Azərbaycan Dövlət Türk Musiqi
Texnikumunda «skripka» və «musiqi nəzəriyyəsi»
ixtisasları üzrə təhsil alır |
1923-1926 |
Azərbaycan Dövlət Türk Teatr
Texnikumunun dinləyicisi |
1924 |
«Türk operası və musiqisi haqda»
sərlövhəli ilk məqaləsi çap olunur |
1924-1926 |
Dövlət Pedaqoji Texnikumda müəllim
vəzifəsində çalışır. |
1924-1930 |
Azərbaycan Dövlət Universitetinin
Şərq dilləri fakultəsində şərqşünas-filoloq
ixtisası üzrə təhsil alır |
1928, yanvar-noyabr |
«Kommunist» qəzetində tərcüməçi
işləyir |
1928-1930 |
Azərbaycan Dövlət Türk Dram
Teatrının bəstəkarı və dirijoru
vəzifəsində işləyir |
1928-ci il,
16 fevral |
Cəfər Cabbarlının «Od gəlini»
pyesinə yazdığı musiqi ilə bəstəkarlıq
fəaliyyətinə başlayır |
1929-cu
il,
yanvar |
«Kommunist» qəzetində böyük
əks-səda doğurmuş «Tar üzərinə
mühakimə münasibətilə» başlığı
altında məqalə çap etdirir |
1929 |
Cəfər Cabbarlının «Sevil» pyesinə
musiqi bəstələyir |
1929 |
Simfonik orkestr üçün «28 aprel»
marşını bəstələyir |
1930 |
«Bütün hakimiyyət Sovetlərə»
simfonik poemasını yazır |
1930 |
Təntənəli marş – simfonik orkestr
üçün əsər |
1930-cu il,
15 may |
Türk (Azərbaycan) operalarına dirijorluq
etmək üçün M.F.Axundov adına Dövlət
Böyük Teatrına işə qəbul olunur. |
1930-1932 |
M.F.Axundov adına Dövlət Böyük
Teatrında türk (Azərbaycan) operalarının
dirijoru vəzifəsində işləyir |
1930-1932 |
Dövlət Dram Teatrında musiqi bölməsinin
rəhbəri vəzifəsində işləyir.
|
1930 |
Cəfər Cabbarlının «Almaz»,
H.Cavidin «Knyaz» pyeslərinə musiqi bəstələyir |
1931 |
Cəfər Cabbarlının «1905-ci
ildə» pyesinə musiqi bəstələyir |
1931 |
«Miniatürlər» simfonik fantaziyasını
bəstələyir |
1932 |
Cəfər Cabbarlının «Yaşar»
pyesinə musiqi bəstələyir |
1932-1933 |
Moskva Dövlət Konservatoriyasının
dirijoluq fakultəsində professor K.Saradjevin dirijorluq
sinifində təhsil alır |
1932-1933 |
Moskvada təhsil aldığı zaman
8 variasiya, violonçel və fortepiano üçün
sonatina, fortepiano üçün etüd, simfonik
orkestr üçün III hissəli süita, 2 skripka,
alt və violonçel üçün kvartet bəstələyir. |
1933 |
H.Cavidin «Siyavuş», A.Afinogenovun «Qorxu»
pyeslərinə musiqi bəstələyir |
1933 |
Görkəmli rus bəstəkarı
Reynqold Qliyevin «Şahsənəm» operasının
tamaşaya qoyulmasında iştirak etmək üçün
Azərbaycan hökuməti tərəfindən
Bakıya dəvət olunur |
1933-1934 |
Reynqold Qliyerin «Şahsənəm» operasının
yeni quruluşda – Azərbaycan dilində - C.Cabbarlı
ilə birgə librettosunu yaradır |
1934 |
M.F.Axundovun «Hacı Qara» əsərinə
musiqi bəstələyir |
1934-cü il,
4 may |
«Şahsənəm» operasının
yeni quruluşda premyerası |
1934-cu il,
Sentyabr |
Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə
Nikolay Rimski-Korsakov adına Leninqrad Dövlət
Konservatoriyası nəzdindəki musiqi texnikumunun
bəstəkarlıq şöbəsinə daxil
olur və eyni zamanda dirijorluq qabiliyyətini yüksəltmək
məqsədi ilə Leninqrad Dövlət Opera
və Balet Teatrında, teatrın baş dirijoru
V.Dranişnikovun rəhbərliyi altında dirijor
assistenti kimi işləməyə başlayır. |
1935 |
M.F.Axundovun «Müsyo Jordan» tamaşasına
musiqi bəstələyir |
1938 |
Leninqradda musiqi təhsilini başa vurur |
1938 – ömrünün
sonuna qədər |
Azərbaycan Dövlət Opera və
Balet Teatrının dirijoru, baş dirijoru vəzifəsində
işləyir |
1939 |
«Tərlan» bir pərdəli uşaq balet-tamaşasını
yaradır (libretto Turqud Bədəlbəyli) |
1940-cı il,
18 aprel |
Azərbaycan professional baletinin əsasını
qoymuş «Qız qalası» baletinin ilk tamaşası
(libretto Ə.Bədəlbəyli) |
1940-cı il,
23 aprel |
Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə İncəsənət
sahəsində görkəmli fəaliyyətinə
görə Respublikanın «Əməkdar incəsənət
xadimi» fəxri adına layiq görülür |
1940-1970-ci illər |
Azərbaycan Respublikası Mərkəzi
Komitəsi nəzdində Siyasi və Elmi Bilikləri
Yayan «Bilik» Cəmiyyətinin təbliğatçısı,
mühazirəçisi, incəsənət bölməsinin
rəhbəri, incəsənətin təbliği
məsələləri üzrə sədr müavini |
1940 |
Səməd Vurğunun «Xanlar» pyesinə
musiqi bəstələyir |
1941 |
Səməd Vurğunun «Fərhad və
Şirin» pyesinə musiqi bəstələyir |
1941, noyabr |
B.Zeydman və Ə.Bədəlbəylinin
«Xalq qəzəbi» operasının premyerası
(libretto müəllifləri İ.Oratovski və
Ə.Məmmədxanlı) |
1941 |
A.Tiqranyanın «Anuş» operasını
Azərbaycan dilinə tərcümə edir |
1942-ci il,
May-iyul |
Bakı kinostudiyasına bəstəkar
vəzifəsinə qəbul olunur və cəbhədə
həlak olmuş azərbaycanlı-qəhrəman
Bəxtiyar Kərimovun həyatına həsr olunmuş
kinofilmin səsləndirilməsi və musiqi tərtibatı
üzərində çalışır |
1943-1946 |
Azərbaycan Dövlət Filarmoniyasının
direktoru və bədii rəhbəri vəzifələrində
işləyir |
1943 |
Simfonik orkestr üçün «Balet süitası»
əsərini bəstələyir |
1943 |
C.Rossininin «Sevilya bərbəri» operasını
Azərbaycan dilinə tərcümə edir (M.S.Ordubadi
ilə birgə) |
1943 |
L.Minkusun «Don Kixot» baletinin librettosu |
1944 |
B.Zeydmanın «Gülən Adam» baletinin
librettosu |
1947-1951 |
Azərbaycan Dövlət Radio Verilişləri
Komitəsində musiqi verilişlərinin bədii
rəhbəri vəzifəsində işləyir
|
1948-ci,
12 dekabr |
«Nizami» operası səhnəyə qoyulur
(libretto M.S.Ordubadi) |
1949 |
Soprano, bariton və xor üçün
«Rəhbərə and» poeması (söz. S.Vurğun) |
1950-1960-cı illər |
Azərbaycan Respublikası Musiqi Fondunun
İdarə Heyətinin sədri |
1950-1970-ci illər |
Azərbaycan dövlət radiosunda və
televiziyasında musiqi sənəti haqqında çoxsayıl
silsilə verilişlərin müəllifi və
aparıcısı |
1950-1970-ci illər
|
«Ədəbiyyat və incəsənət»
qəzetinin redaksiya heyətinin üzvü |
1950 |
Xalq çalğı alətləri orkestri
üçün III hissəli «Simfoniyetta» əsərini
bəstələyir |
1950-ci il,
30 dekabr |
S.Hacıbəyovun «Gülşən»
baletinin premyerasının dirijoru |
1951 |
«Dünya xalqları sülhün keşiyində».
Bariton və xor üçün vokal-simfonik poema
(söz. Gəray Fəzli) |
1952 |
P.Çaykovskinin «İolanta» operasını
Azərbaycan dilinə tərcümə edir |
1953 |
«Musiqi haqqında söhbət» broşurası
nəşr olunur |
1953-ci il,
25 dekabr |
F.Əmirovun «Sevil» operasının premyerasının
dirijoru |
1952-1956 |
Azərbaycan Bəstəkarlar İttifaqının
musiqişünaslıq və musiqi tənqidi bölməsinin
sədri |
1955 |
Məhşur tar ifaçısı Qurban
Primov haqqında monoqrafiya |
1956 |
«Musiqi terminləri lüğəti»
nəşr olunur |
1957 |
B.Zeydmanın «Qızıl açar» uşaq
operasının librettosu |
1959 |
«Azərbaycan Dövlət Opera və
Balet Teatrı» kitabı (Q.Qasımov ilə birgə)
nəşr olunur |
1959, may |
«Qız qalası» baleti Moskvada Azərbaycan
ədəbiyyatı və incəsənəti
ongünlüyündə SSRİ Böyük Teatrında
uğurla tamaşaya qoyulur |
1960-ci il,
24 may |
Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə «Mədəni
quruculuq sahəsində qazanılmış müvəffəqiyyətlərə
görə» Azərbaycanın «Xalq artisti» fəxri
adına layiq görülür |
1960-1970-ci illər |
Azərbaycan Respublikası Elmlər Akademiyasının
«Elm və həyat» jurnalının redaksiya heyətinin
üzvü |
1961 |
S.Ələsgərovun «Bahadır və
Sona» operasının librettosu |
1961 |
«Musiqini daima dinləməli və öyrənməli»
məqaləsi «Musiqi və həyat» toplusunda nəşr
olunur. |
1960-1970-ci illər |
Azərbaycan Respublikası Elmlər Akademiyasının
«Elm və həyat» jurnalının redaksiya heyətinin
üvzü |
1962 |
Zaxari Paliaşvilinin «Daisi» operasının
Azərbaycan dilinə tərcüməsi |
1965, sentyabr |
Ə.Abbasovun «Qaraca qız» baletinin librettosu |
1968, noyabr |
T.Quliyevin «Sənin bircə sözün»
operetta-müziklınin librettosu (Turqud Bədəlbəyli
ilə birgə) |
1968 |
Ramiz Mustafayevin «Aydın» operasının
librettosu (Turqud Bədəlbəyli ilə birgə) |
1969-1973 |
Azərbaycan Xor Cəmiyyətinin sədrin |
1969 |
«İzahlı Monoqrafik Musiqi Lüğəti»
kitabı nəşr olunur |
1971 |
«Söyüdlər ağlamaz» operası
tamaşaya qoyulur |
1973 |
«Xoreoqrafik freskalar» (Nəsiminin əsərləri
əsasında) |
|
|