Böyük Vətən müharibəsi
sovet xalqının alman faşistlərinə qarşı
şanlı vuruşlarını əks etdirən
bədii əsərlər yaratmaq kimi fəxri və
şərəfli vəzifəni Azərbaycan kompozitorlarının
qarşısında bütün qətiyyətlə
qoydu. Hələ müharibənin ilk günlərində
Azərbaycan xalqının böyük kompozitoru
Üzeyir Hacıbəyovun yazmış olduğu
"Vətən və cəbhə" adlı bir pərdəlik
operası M.F.Axundov adına Lenin ordenli Azərbaycan
Dövlət Opera və Balet Teatrının səhnəsində
mövqe tamaşaya qoyulmuşdu.
Kompozitor sənətinin mürəkkəb texnikasını
əvvəlcə Bakıda və sonra da Moskva
darülmusiqisində (konservatoriyada) mükəmməl
surətdə mənimsəmiş olan gənc
istedadlı kompozitorlardan Qara Qarayev və Gövdət
Hacıyev vətən müharibəsi mövzusunda
dörd pərdəli opera yazılışına
iqdam edərkən opera sənətinin bir çox
çətin və mürəkkəb cəhətlərini
tamamilə yeni bir şəkildə həll etmək
məcburiyyəti qarşısında qalmışlar.
Bunun da ümdə səbəbi odur ki, operanın
qəhrəmanları bir çox köhnə operalarda
olduğu kimi, şahlar və xanlardan ibarət
olmayıb, biləks bu günki müasir sovet
adamları, vətən müharibəsi cəbhələrində
vuruşan qardaşlarımız, yoldaşlarımızdır.
Buna görə də adi operalara xas olan bəzi
şərti cəhətlər "Vətən"
operasında işlədilə bilməzdi. Kompozitorlar
tamamilə yeni bir üsulda opera yaratmalı idilər.
Müasir həyatdan yazılan opera əsərinin
musiqi dili də müasir olmalıdır. Bu məsələ
çox çətin idi. Bu yolda istifadə üçün
yararlı bir nümunə musiqi ədəbiyyatında
yox dərəcəsindədir. Odur ki, gənc
kompozitorlar özləri bu məsələləri
opera tarixində ilk dəfə olaraq həll etməli
idilər.
İndi "Vətən" operası dəfələrlə
səhnəmizdə oynanıldıqdan, tamaşaçılar
arasında haqlı olaraq böyük müvəffəqiyyət
qazandıqdan sonra biz böyük bir iftixarla qeyd
edə bilərik ki, gənc kompozitorlarımız
Qara Qarayev və Cövdət Hacıyev öhdələrinə
götürdükləri çətin, lakin şərəfli
vəzifəni layiqincə yerinə yetirə
bildilər.
Bu operadakı əhvalat alman-faşist işğalçılarının
sovet torpağından qovulmağa başlandığı
dövrdə genişlənir. Operanın məzmunu
çoxmillətli sovet xalqının apardığı
ümumi azadlıq mübarizəsində azərbaycan
xalqının qəhrəman oğullarının
yaxından iştirak etməsini təsvir edir.
Böyük Vətən müharibəsində
rəşadət göstərən azərbaycan
xalqının qəhrəman oğulları "Vətən"
operasında bədii surətlərdə əbədiləşdirilmişdir.
Kommunist firqəsi və Sovet hökuməti bu
operaya böyük qiymət verdilər. Bu operanın
müəllifləri Stalin mükafatı qazandılar.
Operanın bu qədər böyük müvəffəqiyyət
qazanmasında Opera və Balet Teatrının
da haqqı çoxdur. Bu xüsusda birinci olaraq
operanın quruluşunu verən rejissor İsmayıl
Hidayətzadənin böyük müvəffəqiyyətini
qeyd etmək lazım gəlir. Onun qurduğu səhnələr
tamaşaçını tamamilə sanki cəbhə
meydanlarına köçürmüş kimi görünür.
Bu işdə tamaşanın bədii tərtibatını
verən istedadlı rəssam İzzətxan Səidovun
da çəkdiyi gözəl dekorları qeyd etmək
lazımdır. Tamaşanın musiqi hissəsini
idarə edən dirijor Niyazi Böyük simfonik
orkestrin səlis çalğısına təmamilə
nail ola bildi.
Operada baş rolları ifa edən Sovet Sosialist
Cümhuriyyətləri İttifaqı xalq artisti
Bülbül (Aslan rolunda), Sovet Azərbaycanının
əməkdar artistləri Ağababa Bünyadzadə
(Mərdan rolunda), Sonaxanım Mustafayeva və
Səltənət xanım Quliyeva (Dilbər rolunda),
Şirzad Hüseynov (Baxşı rolunda), Xanlar
Haqverdiyev və Əlövsət Sadıqov (Aşiq
Səlim rolunda), Hacı Balahüseynov (alman zabiti
rolunda) və başqaları operanın səhnədə
əzəmətli təcəssümünə
səbəb oldular. Bununla bərabər tamaşada
böyük əhəmiyyəti olan kütləvi
səhnələrin parlaq bir şəkildə
göstərilməsi də operanın müvəffəqiyyətinə
aid ümdə səbəblərdən sayılmalıdır.
“Azərbaycan”, ¹ 11.1946
|