|
müəllif
Ibrahim Quliyev
|
Əfrasiyab Bədəlbəyli 1907-ci
il aprel ayının 19-da, Bakı şəhərində,
xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun
və məşhur Şah Qacar nəslinin təmsilçisi
Rəhimə xanımm ailəsində anadan olmuşdur.
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı
rus-müsəlman məktəbinə daxil olur və
1916-cı ildə, tədris olunan bütün fənlərdən
«əla» qiymətlərlə məktəbi bitirir.
1917-1924-cü illər ərzində o, Bakıdakı
1-ci realni məktəbində təhsil alır. 1923-cü
ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli
təzəcə təşkil olunmuş Azərbaycan
teatr məktəbinin dinləyicisi olur və məktəbdə
təşkil olunan səhnə tamaşalarında
böyük həvəslə iştirak edir.
XX əsrin 20-ci illərində Azərbaycan opera və
operettalarının səhnədən götürülməsi
nəzərdə tutulmuşdu. 17 yaşlı Əfrasiyab
Bədəlbəyli «Kommunist» qəzetində dərc
etdirdiyi məqaləsində «Operalarımızın
islahatı işində tələsməyə heç
bir ehtiyac yoxdur» - deyə, buna qəti etirazını
bildirir.
Mükəmməl bilik əldə etmək arzusu ilə,
Əfrasiyab Bədəlbəyli 1924-cü ildə
Azərbaycan Dövlət Türk (Azərbaycan - İ.Q.)
Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət
Universiteti şərq fakültəsinin lisaniyyət
(dilçilik - İ.Q.) şöbəsinə daxil ohır.
Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim
S.L.Bretanitskinin sinifində violino ixtisası üzrə
təhsil alır. İstedadlı gənc tez bir zamanda
səlis ifa bacarığına nail olur və 1925-ci
il may ayının 22-də texnikum tələbələrinin
qüvvəsi ilə Üzeyir bəyin səhnəyə
qoyulmuş «Arşın mal alan» operettasını
müşayiət edən orkestrdə ikinci skripkaların
konsertmeysteri kimi çıxış edir.
Violino ilə yanaşı tarda da mükəmməl
ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli,
1926-cı ildə xalq çalğı alətləri
orkestrinin Moskva və Minsk şəhərlərindəki
qastrol səfərləri zamanı ikinci səs tarçılar
qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak
edir.
1928-ci il fevralın 16-da, musiqisi Ə.Bədəlbəyliyə
məxsus C.Cabbarlının «Od gəlini» əsərinin
premyerası oldu.
«Od gəlini» musiqisinin müvəffəqiyyətinə
sevinən C.Cabbarlı bundan sonra yazdığı
«Sevil» pyesinə də musiqi bəstələməyi
Əfrasiyab Bədəlbəyliyə tapşırır.
1928-ci il yanvar ayının 1-dən Əfrasiyab Bədəlbəyli
«Kommunist» qəzetində tərcüməçi vəzifəsində
çalışmağa başlayır.
1929-cu ildə xalqımızın ulu musiqi aləti
olan tarı köhnəlik əlaməti sayaraq muzeyə
göndərmək, konservatoriyanın tədris proqramından
çıxarmaq kimi cəfəng fıkirlərə
etiraz edən Əfrasiyab Bədəlbəyli «Tar üzərinə
mühakimə münasibətilə» başlığı
altında məqalə ilə çıxış
edir.
Respublikada Sovet hakimiyyəti qurulmasının onuncu
ildönümünün qeyd olunduğu günlərdə
dinləyicilər bəstəkarın böyük
simfonik orkestr üçün yazdığı və
Azərbaycanda sovet mövzusuna həsr olunmuş ilk
proqramlı musiqi əsəri olan «Bütün hakimiyyət
Sovetlərə!» süitası və təntənəli
«28 Aprel marşı» simfonik poeması ilə tanış
olurlar.
1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli
türk operalarına dirijorluq etmək üçün
M.F.Axundov adına Dövlət Böyük teatrına
işə qəbul olunur.
1931-cu ildə bəstəkar C.Cabbarlının «Almaz»,
daha sonra isə «1905-ci ildə» və «Yaşar» pyeslərinə,
1933-cü ildə A.Afinogenovun «Qorxu», 1934-cü ildə
M.F.Axundovun «Hacı Qara», 1935-ci ildə isə «Müsyo
Jordan» əsərlərinə musiqi bəstələyir.
Əfrasiyab Bədəlbəyli professional musiqi təhsili
almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının
dirijorluq fakültəsində oxumağa yola düşür.
Professor K.Saracevin sinifində təhsil alan gənc
bu sənətin incəliklərinə mükəmməl
yiyələnir. Ali məktəbdə oxuduğu zaman
o, 8 variasiya, violonçel və fortepiano üçün
sonatina, fortepiano üçün etüd, simfonik orkestr
üçün III hissəli süita, 2 violino, alt
və violonçel üçün kvartet bəstələyir.
Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini
dayandırıb Bakıya qayıdır və R.Qlierin
«Şahsənəm» operasının yeni quruluşda,
C.Cabbarlının librettosu əsasında tamaşaya
hazırlanmasında iştirak edir.
1934-cü ilin payızında Ə.Bədəlbəyli
Leninqrad (indiki Sankt-Peterburq -İ.Q.) şəhərinə
yola düşür. Burada o, N.Rimski-Korsakov adına
Leninqrad Dövlət Konservatoriyası nəzdindəki
musiqi texnikumunun bəstəkarlıq şöbəsinə
(B.Zeydmanın sinfinə) daxil ohır və eyni zamanda
Leninqrad opera və balet teatrının baş dirijoru
V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti
kimi işləməyə başlayır.
1938-ci ildə Leninqraddakı təhsilini müvəffəqiyyətlə
başa çatdıran Əfrasiyab Bədəlbəyli
vətənə qayıdır və qardaşı
Turqud Bədəlbəylinin librettosu əsasında
uşaqlar üçün birpərdəli «Tərlan»
balet-nağılını bəstəbyir.
8 aprel 1940-cı il. Bu gün, Azərbaycan musiqi mədəniyyəti
tarixinə milli balet sənətinin təməl daşının
qoyulduğu gün kimi daxil oldu. Əfrasiyab Bədəlbəylinin
«Qız qalası» baletinin premyerası M.F.Axundov adına
Azərbaycan Dövlət opera və balet teatrının
səhnəsində işıq üzü görür.
1940-cı il 23 aprel tarixində Əfrasiyab Bədəlbəyliyə
«lncəsənət sahəsində görkəmli
fəaliyyətinə görə Respublikanın «Əməkdar
incəsənət xadimi» fəxri adı verildi.
1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar
dostu B.Zeydmanla birlikdə bir pərdəli «Xalq qəzəbi»
operasını (libretto müəllifləri İ.Oratovski
və Ə.Məmmədxanlı) yaradır.
1941-ci ildə bəstəkar Səməd Vurğunun
«Fərhad və Şirin» əsərinə musiqi bəstələyir.
Bundan bir il əvvəl isə Ə.Bədəlbəyli
görkəmli ədibin «Xanlar» pyesinə musiqi yazmışdı.
Onu da qeyd edək ki, bəstəkar hər iki əsərin
premyerasına dirijorluq etmişdir.
Müharibə illərində Əfrasiyab Bədəlbəyli
bəstəkarlıq-dirijorluq fəaliyyətini Azərbaycan
Dövlət Filarmoniyasının direktoru və bədii
rəhbəri kimi məsul vəzifələrlə
əlaqələndirir, M.S.Ordubadi ilə birlikdə
dahi İtalyan bəstəkarı C.Rossininin «Sevilya
bərbəri» operasını Azərbaycan dilinə
tərcümə edir və Minkusun «Don Kixot» baletinin
yeni redaksiyası üçün libretto yazır.
Müharibədən sonra Azərbaycan mədəniyyəti
qarşısında ən ümdə məsəb
kimi dahi Azərbaycan şairi Nizami Gəncəvinin
800 illik yubileyinin keçirilməsi dururdu. Yubileyə
hazırlıq hələ 1939-cu ildə başlanmış
və Ə.Bədəlbəyliyə şairin həyatına
həsr olunmuş opera yaratmaq tapşırılmışdır.
Lakin müharibənin başlanması ilə əlaqədar
«Nizami» operasının səhnəyə qoyulması
ancaq 1948-ci il dekabrın 12-də mümkün oldu.
Bu illərdə sənətkar Azərbaycan radio komitəsinin
musiqi redaksiyasına başçılıq edir.
50-ci illərin birinci yarısında opera və balet
teatrında yaradıcılıq baxımından böyük
canlanma hökm sürürdü. Belə ki, onilliyin
ilk üç ili ərzində üç gözəl
səhnə əsəri - Soltan Hacıbəyovun «Gülşən»,
Qara Qarayevin «İldırımlı yollarla» baletləri
və Fikrət Əmirovun «Sevil» operası tamaşaçıların
mühakiməsmə təqdim olunmuşdu. Bunlardan
ikisi - «Gülşən» baleti və «Sevil» operasının
səhnəyə yol tapması Əfrasiyab Bədəlbəylinin
adı ilə bağlı idi. Sənətkar hər
iki əsərin ilk tamaşasının dirijoru olmuşdur.
Əfrasiyab Bədəlbəyli nəinki musiqiçi,
eləcə də ədəbiyyatçı və
dilçi kimi də böyük nüfuza malik idi. 1952-ci
ildə Elmlər Akademiyası Nizami adına ədəbiyyat
institutunun islahat komitəsinin iclaslarında müzakirə
edilmiş «Azərbaycan dilinin orfoqrafiyası»nm təshih
edilmiş bir nüsxəsi Əfrasiyab Bədəlbəyliyə
göndərilmiş və ondan bu haqda rəy vermək
xahiş olunmuşdu.
Elə həmin 1952-ci ildə Əfrasiyab Bədəlbəyli
rus bəstəkarı P.Çaykovskinin «İolanta»
operasını ekvoritmik cəhətdən doğma
dilimizə tərcümə edir.
1953-cü ildə bəstəkarın ilk kitabçası
çapdan buraxılır. «Musiqi haqqında söhbət»
adlı broşurada müəllif musiqidə işlənən
bəzi söz və terminbri izah edir, musiqi janrları
və formaları, musiqi alətləri və ansambllar
haqqında söhbət açır. Ə.Bədəlbəylinin
bu əsəri keçmiş SSRİ ərazisində
belə məzmunlu kitabçaların (D.Şostakoviçin
«Znatğ i löbitğ muzıku», 1958-ci il və
İ.Rıjkinin «Naznaçenie muzıki i ee vozmocnosti»,
1962-ci il broşuraları) ilk nümunəsi idi.
1954-cü ildə Bəstəkarlar İttifaqı
idarə heyətinin Yeddinci plenumunda bəstəkarın
xalq çalğı alətləri orkestri üçün
yazdığı «Simfoniyetta» ifa edilir.
1955-ci ildə sənətkar dahi Əsəd oğlu
Mirzə Sadığın yetirməsi, məşhur
Azərbaycan tarzəni Qurban Primov haqqında monoqrafiya
yazır.
O dövrdə Azərbaycanda musiqi terminləri ancaq
rus və ya başqa əcnəbi dillərdə işlədilirdi.
Əfrasiyab Bədəlbəyli 1956-cı ildə
«Musiqi terminləri lüğəti» kitabçasını
çap etdirməklə azərbaycandilli əhalinin
musiqi terminlərini daha aydın anlamağa və doğma
dilimizin daha da zənginləşməsinə şərait
yaratdır.
1957-ci ildə sənətkar Boris Zeydmanın «Qızıl
açar» baletinə libretto yazır.
1959-cu ilin may ayında Moskvada Azərbaycan incəsənəti
ongünlüyünün keçirildiyi dövrdə
dekada iştirakçıları, musiqiçilər,
qonaqlar, tamaşaçılar «Qız qalası»ndan
böyük zövq aldıqlarını xüsusi
qeyd etmişdilər.
Dekada ilə əlaqədar Əfrasiyab Bədəlbəyli
əməyinin daha bir bəhrəsinin -qocaman musiqişünas-tarixçi
Qubad Qasımovla birgə yazdığı «M.F.Axundov
adına Azərbaycan Dövlət opera və balet
teatrı» oçerkinin də adını çəkmək
lazımdır.
1960-cı ildə bəstəkarın həyatında
əlamətdar hadisə baş verdi. Həmin il, may
ayının 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə Əfrasiyab Bədəlbəyli
Azərbaycanın «Xalq artisti» fəxri adına layiq
görülür.
1962-ci ildə opera və balet teatrının Gürcüstan
respublikası qastrol səfərinə hazırlıqla
əlaqədar gürcü bəstəkarı Zaxari
Paliaşvilinin «Daisi» operasının Azərbaycan
dilində oynanılmasını qərara alınmış
və opera mətninin tərcüməsini Ə.Bədəlbəyliyə
tapşırmışdır.
1964-1965-ci illərdə sənətkar gənclərin
bədii özfəaliyyətinin XVIII və XIX respublika
olimpiadasının təşkilatçılarından
biri və münsiflər heyətinin sədri, 1964-cü
ildə Azərbaycanın şəhər və kənd
texniki-peşə məktəbləri bədii özfəaliyyətinin
XXIII respublika baxışında isə münsiflər
heyətinin üzvü seçilmişdir.
Bəstəkarın «Muğam-68» müsabiqə-festivalının
keçirilməsində sərf etdiyi əməyini
ayrıca qeyd etmək vacibdir. Respublikamızın
bir çox rayonlarından müsabiqədə iştirak
edən gənc müğənnilər, incəsənət
xadimləri «Muğam-68» festivalının təşkilini
yüksək qiymətləndirmiş və tədbirin
keçirilməsini ənənə şəklində
davam etdirməyi tövsiyə etmişlər.
1965-ci ildə Ə.Bədəlbəyli Q.Almazzadə
ilə birlikdə, S.S.Axundovun eyni adlı povesti əsasında
bəstəkar Əşrəf Abbasovun «Qaraca qız»
baletinə, daha sonra, 1968-ci ildə qardaşı Turqud
ilə birlikdə C.Cabbarlının eyni adlı pyesi
əsasında R.Mustafayevin bəstələdiyi «Aydın»
operasına librettolar yazır.
1969-cu ildə «Elm» nəşriyyatı Ə.Bədəlbəylinin
«İzahlı monoqrafik musiqi lüğəti» kitabını
çap etdirir.
Ümumittifaq «Bilik» cəmiyyətinin üzvü olan
sənətkar bir çox elmi konfranslarda, iclaslarda musiqi
sənəti haqqında məruzələrlə çıxış
edirdi. 1970-ci ildə bəstəkarın «Söyüdlər
ağlamaz» operası tamaşaya qoyulur. Operamn mövzusu
Böyük Vətən müharibəsi illərində
Azərbaycanlı döyüşçünün
şücaəti və arxa cəbhənin həyatma
həsr olunmuşdu.
Bu illərdə Əfrasiyab Bədəlbəylinin
Azərbaycan televiziyası və radiosu ilə xalq
musiqisi və muğamlar haqqında silsilə çıxışlan
da geniş tamaşaçı və dinbyici kütləsinin
böyük rəğbətini qazanmışdı.
1969-cu ildə bəstəkar Fransanın paytaxtı
Paris şəhərində Azərbaycan musiqisi haqqında
mühazirələrb çıxış edir.
1970-ci ildə, Moskvada, ISME - Uşaq və Gənclərin
musiqi tərbiyəsi üzrə Beynəlxalq cəmiyyətin
«Uşaqların, yeniyetmələrin və gənclərin
həyatında musiqinin rolu» adlı konfransı keçirilirdi.
Konfransda, başda Əfrasiyab Bədəlbəyli
olmaqla, Azərbaycan nümayəndə heyəti də
iştirak etmişdir.
1971-ci ilin oktyabnnda sənətkar Xor Cəmiyyətinin
sədri vəzifəsinə seçilir.
1970-ci ildə, türk musiqişünası Altan Araslı
Türkiyədə çapdan çıxan «Musiqi məcmuəsi»
jurnalında bəstəkarın «İzahlı monoqrafik
musiqi lüğəti» kitabının ətraflı
təhlilini vermişdir.
1977-ci ildə, Ankarada, «Türk folklor konqresinin məlumatları»nda,
türk dilində sənətkarın «Azərbaycan
xalq musiqisi» adlı məqaləsi çap olunmuşdur.
Uzun illər boyu «Elm və həyat» jurnalının,
«Ədəbiyyat və incəsənət» qəzetinin
redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli
mətbuat orqanlarının səhifələrində
ressenziyalar, tənqidi və problematik məqalələr
çap etdirmişdir. Ə.Bədəlbəyli 1976-cı
il yanvar ayının 9-da vəfat etmişdir.
|
|
|