Çərşənbə günü, oktyabrın
28-də Dövləti opera teatrosunda türk
opera mövsümünün açılması
dolasıyla Üzeyir bəy Hacıbəylinin
"Leyli və Məcnun" operası oynanıldı.
Bu yıl türk opera mövsümündə
olacaq bir neçə yeni əsərlərdən
maədə (başqa - İ.Q.) əski operaları
da yeni quruluşda və mümkün qədər
mükəmməl bir tərzdə və`z-tamaşa
etmək etimalı vardır; doğrudan da "Leyli
və Məcnun"da bu az-çox müşahidə
olunmaqda idi. Məsələn, operanın əsil
əsası, rəngini təşkil edən
xoru bu dəfə (məttəəssüf,
hər yerdə olmasa da) unison (birsəsli) deyil,
ikisəsli, üçsəsli eşidə bildik.
Həmçinin orkestro dəxi qüvvətli
idi.
Səhnə quruluşuna gəlincə, bunu
qeyd edəlim ki, ümumiyyət etibarı ilə
Ərəbistan adı çəkildimi, təsəvvürümüzə
bir orman deyil, bəlkə bir neçə xurma
ağacları ilə bir səhra və namütənahi
(ucsuz-bucaqsız - İ.Q.) bir qumlur, ovalıq
gəliyor; odur ki, bu etibarilə 3-cü pərdəyi
qalın bir orman olaraq göstərmək bir
dərəcəyə qədər doğru
olması gərəkdir.
İştirak edənlərdən Məcnun
rolunda Sarabski hərəkətlərində
və səsinin tembrində yaxşı idi;
fəqət oxuduğu zaman tarzənə çox
meydan verərək, "Kürd-Şahnaz"ı
kəndisi uzun-uzadı tənəffüslə
oxuması dinləyənləri yorurdu.
Sona xanım (Leyli) 1-ci pərdədə Məcnun
ilə bir tonda oxuyurdu, halbuki, digər halda bir
qadın olması hesabı ilə bir oktava yuxarı
oxusa idi daha gözəl olurdu. Fəqət 2-ci
pərdədə ("Qatar"), 5-ci pərdədə
səsinin yuxarı mərtəbəsində
("Söylə bir İbn-Səlam") və Məcnunun
öldüyü zaman son "Segah"ı yaxşı
idi.
Bağırov Məmmədtağı (Leylinin
atası) bariton ilə oxumasında müvəffəq
oldu, xüsusən "Şur"u gözəl idi.
Hacıbababəyov "Osmanlı" oxuduğu zaman
(xaric pərdə çalınıyordu) bir dərəcə
çıxılıyordu. İlk çıxışları
fəna deyildi.
Nofəl isə sözlərinin bir çox qismini
ixtisara salmasa idi yaxşı olurdu.
Ümumiyyətlə, sair iştirak edənləri
dəxi müvəffəq tələqqi etmək
olur. Fəqət məramnamədə "N.N."
kimi məchul bir ad göstərib, səhnədə
təmamilə qeyri-təbii və uyuşmaz
bir hərəkətlərlə dolaşan "lal"
bir qadın buraxmaq oxuyacağı "Müxalif"ə
dəxi bir qələm çizmək və onu
Məcnunun anası deyə göstərmək
xatirimizə xalturaçılıq saldı.
Bu kibi çıxışlara gələcəkdə,
əlbəttə meydan verməməli!
Tarzən Qurban akkomponimentində yaxşı
idi.
Ancaq teatro müdiriyyəti afişalara "Üçüncü
zəngdən sonra salona kimsə buraxılmayacaq"
yazmış ikən, bütün tamaşa
boyunda qapı açıq qalaraq, gediş-gəliş,
yer axtarmaq, yer dəyişdirmək davam ediyor
və tamaşaçılara çox mane oluyordu.
Müdiriyyət nizam və qaydaya riayət etməlidir.
"Kommunist", 30 oktyabr 1925 "O