Dekabrın 30-da böyük dövləti
opera teatrosunda bu mövsümdə ikinci dəfə
olaraq "Arşın mal alan" operettası oynandı.
Teatro müdiriyyəti ikinci dəfədir ki,
"Arşın mal alan"ın yeni musiqi ilə oynanılacağını
qeyd ediyor. Birinci dəfədə bu operettanın
musiqisində keçən yıllara nisbətən
"qətiyyən" bir yenilik göstərilmədiyi
kibi, bu dəfə də yalnız "Pərişan
xəlq aləm" və "Bəsdir bunca ahü
zarın"dan başqa bütün musiqisi əvvəlki
kibi idi. Halbuki bu əsəri bəstəkar
keçən yıl təbdil etdikdə, birinci
pərdənin uvertürasını dəyişdirdiyi
kibi, Əsgərin "Naledəndir ney kibi…" solosunu
tarda "Bayatı Şiraz" ilə deyil, orkestro
ilə icra edilmək üçün yazmışdır.
Bundan əlavə, sair musiqi parçaları
dəxi təbdil və təkmil edilmişdir.
İkinci pərdədə Süleyman "Halal
olsun Süleyman" solosunu orkestro ilə oxumalı
idi. Halbuki bu dəfə Hacıbababəyov "O
olmasın, bu olsun" operettasında Sərvər
oxuduğu qəzəli "Arşın mal alan"
operettasında Əsgər rolunda oxuyurdu.
İştirak edənlərə gəlincə
Gülçöhrə rolunda Qəmər xanım
əvvəlkinə nisbətən olduqca çətin
olan yeni musiqi ilə "Pərişan xəlq aləm"
solosunda müvəffəq olduğu kibi, başqa
oxumalarında da gözəl təsir bağışlayordu.
Səsində müntəzəm məktəb
və tərbiyəsinin izləri görülüyordu.
Ümumiyyətlə, Qəmər xanım Gülçöhrə
rolunu müvəffəqiyyətli bir surətdə
apardı.
Əsgər rolunda Hacıbababəyov fəna
deyildi; fəqət səhnədə bir dəqiqə
bir yerdə oturmayor. Hər söz üçün
yerindən qalxıyor, söyləyor, yenə
oturuyordu. Xüsusən 4-cü pərdədə
Gülçöhrəyi yalnız buraxıb,
hər bir söz üçün Sultan bəyə
yanaşması tamamilə yersiz idi.
Süleyman bəy rolunda Əliyev Mirzağa
gərək hərəkətlərində
və gərək oxumasında gözəl
bir təsir bağışladı.
Cahan xala (Əzizə xanım) isə oxumaq
cəhətinə əhəmiyyət verməlidir;
çünki erkəklərdən bir oktava yuxarı
oxumalı ikən, səsi ən əvvəl
sıralarda belə eşidilməyordu.
Telli rolunda Mənirə xanım zəif idi.
Danışıqları yapışıqsız
idi. Oxuyurkən sözlərinin çoxunu söyləməyordu.
Hərəkətləri də münasib deyildi.
Zərrintac - oxumaq cəhətinə lazımi
əhəmiyyət vərər isə, daha
müvəffəq ola bilər.
Rza Darablı - bir "Vəli"yə deyil, "Karapetə"
oxşayordu.
Asya - Sona xanım keçən dəfəyə
nisbətən yaxşı idi, fəqət
oxumasına əhəmiyyət verməlidir;
çünki "Bəsdir bunca ahü-zar"ın
triosunda Telli ilə bərabər oxuduqda birinci
səs olduğundan daha "forte" oxumalı idi.
"Nə pərişandır halın" dueti isə,
məəttəəssüf, yenə unison idi.
Atamalıbəyli - Süleyman - oyunun ümumi
ahəngini pozmaya çalışıyordu. Quruluşa
gəlincə, 4-cü pərdənin hanki məmləkətdə
olduğunu təyin edəmədik.
Oyun yarım saata qadar gec başladı. Bir
də pərdə qalxdıqdan sonra salona adam
buraxılması oyunun gedişinə mane oluyordu.
Körpə uşaqlar da az mane olmayordu.
"Kommunist", 1 yanvar 1926