|
|
|
GÖRKƏMLİ KOMPOZİTOR
|
Zəmanəmizin ən
tanınmnş kompozitorlarından, RSFSR-nin xalq
artisti, altı dəfə Stalin mükafatı
laureatı Sergey Prokofyev vəfat etdi.
Böyük yaradıcılıq həyatı
keçirmiş olan Prokofyev özünün son
dərəcə orijinal musiqi əsərləri
ilə bütün dünyada məşhurdur.
O, 1914-cü ildə, iyirmi üç yaşında
ikən Peterburq konservatoriyasını eyni zamanda
üç ixtisas üzrə (kompozitor, pianoçu
və dirijor) müvəffəqiyyətlə
bitirmişdir. Dahi rus kompozitoru Rimski-Korsakovun şagirdi
olan Prokofyev, görkəmli piano müəlliməsi
Yesipovanın inkişaf etdirdiyi rus pianoçuluq
məktəbinin istedadlı nümayəndələrindən
sayılır.
Hələ yaradıcılığının
ilk dövrlərində Prokofyev qüvvətli
və orijinal bir istedad sahibi olduğunu göstərmişdi
(fortepiano üçün birinci konsert, fortepiano
sonataları, simfonik orkestr üçün "Ala
və Lolliy" adlı süitası və sairə).
"Klassik simfoniya" (1917) və skripka ilə orkestr
üçün birinci konsertində (1917-1921) Prokofyev
yaradıcılığının bu dövrdəki
ən yaxşı cəhətləri öz ifadəsini
tapmışdı. Lakin bu zaman kompozitorun yaradıcılıq
və dünya görüşündə ziddiyyətlər
var idi, onun bir sıra baletləri formalist xarakterdə
idi. Prokofyev bir müddət saxta "novatorluq" həvəsi
ilə Qərbi Avropadan gələn çürük
modernizm fikirlərinin təsiri altına düşmüşdü.
Sonralar səhvini dərindən dərk edən
Prokofyev sovet həyatına, xalqa yaxınlaşmaq
və rus klassik musiqisindən məharətlə
öyrənmək sayəsində sağlam, parlaq
bir yaradıcılıq yoluna düşmüşdür.
Otuzuncu illərdə Prokofyev ölkəmizin müxtəlif
şəhərlərində müəllif konsertləri
verməyə başladı. Bu dövrdə o,
ilk dəfə, Bakıya gələrək Azərbaycan
Dövlət Filarmoniyasında öz əsərlərindən
ibarət konsert verdi. O, həm dirijor, həm də
pianoçu kimi çıxış edirdi.
Yeni həyat quran Bakı neftçiləri, Donbas
şaxtaçıları və Ural metallurqlarının
azad əməyindən ilham alan kompozitor öz
yeni musiqi yaradıcılığında realizm
prinsiplərinə əsaslanırdı.
Prokofyevin saf məhəbbət və yüksək
bəşəri duyğular tərənnüm
edən "Romeo və Cülyetta" baleti (1936) xəlqilik
prinsipi əsasında bəstələnmiş
parlaq və səmimi ilham məhsuludur. Zəngin
və cahan-şümul rus xoreoqrafiya musiqisi ənənələrini
davam və inkişaf etdirmək yolu ilə yazılmış
"Romeo və Cülyetta" və "Zoluşka" (1945)
sovet balet incəsənətinin qiymətli əsərlərindəndir.
1939-cu ildə kompozitor böyük rus xalqına
məxsus yüksək vətənpərvərlik,
igidlik və mərdlik tərənnüm edən
"Aleksandr Nevski" kantatasını yaratdı. Prokofyev
bu əsərində yadelli işğalçılara
qarşı aparılan mübarizədə rus
xalqının qəhrəmanlığı və
sarsılmaz iradəsini böyük sənətkarlıqla
əks etdirmişdir.
Xalq şerləri əsasında bəstələnmiş
"Eşq olsun" oratoriyası da Prokofyevin ən müvəffəqiyyətli
monumental əsərlərindən sayılır.
Kompozitor bu əsərində sovet xalqının
öz istəkli rəhbəri və müəllimi
Stalinə bəslədiyi hədsiz məhəbbət
və sədaqət duyğularını ifadə
etmişdir.
Şair S. Marşakın sözlərinə yazılmış
"Sülhün keşiyində" adlı oratoriyasında
Provofyev sovet xalqının böyük arzusu
olan bütün dünyada sülh və asayiş
ideyasını yüksək bədii qüvvə
ilə tərənnüm edir.
Yeddi opera, yeddi simfoniya, altı kantata və oratoriya,
fortepiano və başqa musiqi alətləri üçün
doqquz konsert və musiqi sənətinin başqa
janrlarında böyük və kiçik formalı
bir çox əsərlər müəllifi olan
istedadlı kompozitor Prokofyevin musiqi yaradıcılığı
geniş və zəngindir.
Prokofyevin əsl sənətkar ilhamı ilə,
realizm üsulu və xalq musiqi dilində bəstələdiyi
əsərləri, sovet musiqisinin şöhrətini
daha da artıran, müəllifini bütün
dünyada tanıtdıran və dünya musiqi
xəzinəsini zənginləşdirən qiymətli
və ölməz əsərlərdir.
Son əsəri olan yeddinci simfoniyası kompozitorun
yaradıcılığında xüsusi yer tutur.
Müəllif bu əsərində sovet adamlarına
xas olan dərin və nəcib bəşəri
duyğuları lirik boyalarla, son dərəcə
şairanə bir surətdə tərənnüm
edir.
S. Prokofyev sovet musiqisi tarixinə parlaq istedadlı
mahir bir kompozitor kimi daxil olmuşlur.
“Ədəbiyyat və incəsənət”, 4
aprel 1953 |
|
|
Rus klassik musiqisinin
görkəmli nümayəndələrindən
biri böyük rus kompozitoru Nikolay Andreyeviç
Rimski-Korsakovun vəfatından 45 il keçir.
Rimski-Korsakov rus opera sənətinin banisi olan
dahi rus kompozitoru Qlinkanın -sənətdə
xəlqilik - prinsipini davam etdirmiş, öz yaradıcılığında
rus inqilabçı-demokratların estetik nəzəriyyələrindən
ilham və qüvvət almışdır. XIX
əsrin ikinci yarısında rus musiqi tarixində
böyük dönüş yaradan "Qüdrətli
dəstə" adı ilə məşhur kompozitorlar
dərnəyinin ən görkəmli nümayəndələrindən
biri olan Rimski-Korsakov musiqi yaradıcılığına
keçən əsrin (XIX - İ.Q.) altmışıncı
illərində başlamışdır. Təxminən
yarım əsrə qədər musiqi sahəsində
yorulmadan çalışaraq, on beş opera, bir
çox simfonik və kamera əsərləri yaradan
Rimski-Korsakov rus milli musiqi məktəbinə
xas olan realizm üslubunu öz yaradıcılığının
əsas hədəflərindən sayaraq, Qlinka
və Darqomıjskinin xəlqilik ənənələrini
zamanın irəli sürdüyü yeni tələblərlə
üzvi surətdə əlaqədar olaraq inkişaf
etdirmişdir.
Məhz bu səbəbə görədir ki, Rimski-Korsakov
öz operalarının mövzusunu əsas etibarilə
xalq ədəbiyyatı üslubunda yazılmış
ədəbi əsərlərdən götürmüş
və bu əsərlərdə bəhs olunan
mübarizə ideyalarını, xalq adət və
ənənələrini öz operalarında
böyük bir sənətkarlıqla tərənnüm
etmişdir. Bununla, yanaşı olaraq Rimski-Korsakov
ayrı-ayrı tarixi hadisələr mövzusunda
da opera əsərləri yaratmışdır.
Burada birinci olaraq İvan Qroznı dövrünü
əhatə edən "Pskovityanka" və "Çar
gəlini" operalarını qeyd etmək olar.
Rimski-Korsakov bu əsərlərində yaratdığı
xalq səhnələrini dərin psixoloji traktovka
ilə vermişdir. Əsərin qəhrəmanları
da kəskin psixoloji gərginlik şəraitində
göstərilirlər; bu cəhətdən "Pskovityanka"
operasındakı İvan Qroznı obrazı çox
maraqlıdır. O, bir tərəfdən sərt
və sarşılmaz iradəli bir hökmüran,
digər tərəfdən övladını
ürəkdən sevərək mürəkkəb
və ziddiyyətli düşüncələr
ilə yaşayan bir atadır.
Rimski-Korsakovun yaratdığı bu dolğun
və mürəkkəb obraz dahi rus rəssamı
Repinin yaratdığı "İvan Qroznı və
onun oğlu İvan" adlı məşhur şəkli
ilə üzvi surətdə əlaqədardır.
Bu xüsusda Repin özü belə yazır:
"Bir dəfə Moskvada, 1881-ci ildə, müsamirələrin
birisində mən Rimski-Korsakovun "İntiqam" adlı
yeni bir əsərini dinlədim. Bu əsər
mənə çox böyük təsir bağışladı.
Eşitdiyim musiqi səsləri bütün varlığımı
sarsıtmışdı və aldığım
təsir daim məni düşündürürdü:
əcəba belə bir təsiri, rəssamlıqda
da təcəssüm etdirmək mümkündürmü?
Mən çar İvan hadisəsini xatırladım.
Bu əsər üzərində işlədiyim
müddət ərzində çox zaman məni
dəhşət bürüyürdü..."
Rimski-Korsakov başqa xalqların da ədəbiyyatını,
musiqi mədəniyyətini çox sevmiş və
bu məhəbbətini öz əsərlərində
parlaq surətdə əks etdirmişdir. Məşhur
rus şərqşünası və ədibi
Senkovskinin yazdığı ərəb nağılları
mövzusunda Rimski-Korsakov proqramlı ikinci simfoniyasını
("Antar") bəstələyir, simfonik orkestrin ifadə
vasitələrini qabarıq və parlaq bir surətdə
nümayiş etdirən "İspan kapriççiosu"
adlı əsərini yazır və nəhayət
"Min bir gecə" nağılları mövzusunda
məşhur "Şəhrzadə" simfonik süitasını
yaradır.
Başqa rus klassik kompozitorları kimi Rimski-Korsakov
da öz musiqi yaradıcılığında
dahi rus şair və yazıçılarının
- Puşkin və Qoqolun əsərləri əsasında
opera və romanslar bəstələmişdir.
Rimski-Korsakov dahi bir kompozitor olmaqla bərabər
eyni zamanda çox gözəl bir müəllim
idi. O, Peterburq konservatoriyasında çalışdığı
müddət ərzində bir çox kompozitor
kadrı yetişdirmişdir.
Rimski-Korsakovun yazdığı "Harmoniya", "İnstrumentovka"
dərslikləri musiqi təhsilinin bu sahələrini
əhatə edən ən yaxşı və
ən mükəmməl dərs kitabları sayılmaqdadır.
Rimski-Korsakovun musiqi yaradıcılığı
yalnız Böyük Oktyabr sosialist inqilabından
sonra layiqincə qiymətləndirildi. Sovet opera
teatrları Rimski-Korsakovun əsərlərini
repertuarlarına daxil etdilər, filarmoniyalarda,
radioda, bədii özfəaliyyət dərnəklərində
Rimski-Korsakovun gözəl instrumental və vokal
əsərləri səsləndi.
1944-cü ildə böyük kompozitorun anadan
olmasının yüz illiyi böyük təntənə
ilə qeyd edildi. Sovet hökuməti Rimski-Korsakovun
xatirəsini əbədiləşdirmək məqsədilə
onun bütün əsərlərinin akademik nəşri
haqqında xüsusi qərar çıxardı,
Leninqrad Dövlət Konservatoriyasına Rimski-Korsakovun
adı verildi.
“Ədəbiyyat və incəsənət”, 20
iyun 1953 |
|
|
|
|
|