Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

YÜRÜŞ MARŞI

Müharibə başlayandan az-sonra Üzeyir Hacıbəyov bütün bəstəkarları yanına çağırıb dedi: - Hərə bir mahnı yazmalıdır. Özü də qısa müddətdə! Marşlar üçün üç gün, iri həcmli əsərlər üçün uzaqbaşı bir həftə vaxt müəyyən olunur…

Bəlkə də böyük sənətkar ömründə ilk dəfə idi ki, yaradıcılıqla əlaqədar belə tələb irəli sürürdü. Bu, zamanın hökmü idi. Bəli, hamı bu çağırışa səfərbər oldu. Üzeyir özü də. Onun "Döyüşçülər Marşı" (sözləri S. Vurğunundur) elə ilk gündən ağızdan-ağıza gəzdi. Təsadüfi deyil ki, bu əsəri A. Aleksandrovun məşhur "Müqəddəs müharibə" (sözləri Lebedev-Kumaçındır) mahnısı ilə müqayisə edir və yüksək qiymətləndirirdilər.

Tbilisidə keçirilən "ongünlükdə "Döyüşçülər marşı" müharibə mövzusunda yazılmış ən yaxşı mahnı kimi tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılandı.

Üzeyir Hacıbəyov bəstəkarlara mətni özü təklif edirdi. O zaman "Yürüş marşı"da mənim payıma düşdü. Mahnını üç günə yazıb qurtardım; ilk dəfə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı xorunun ifasında eşidildi.

Müharibənin ilk günlərində "Fərhad və Şirin" dramı üçün musiqi yazmışdım. Sonra B. Zeydmanla birgə "Xalqın qəzəbi" adlı birpərdəli operanı tamamladıq. Bu əsər bir qayda olaraq müharibə illərində hər tamaşadan əvvəl göstərilirdi. Librettonu Ə. Məmmadxanlı, şerləri isə İ. Oratovski yazmışdır.

Cərgə-cərgə dəstə düzəlt, komsomol!

Gəldi zaman hünər göstər, igid ol!
Anan, bacın sənə deyir: "Yaxşı yol!".
Get düşmənə aman vermə davada,
Batır suda, vur quruda, havada.

Vur ki, sənin gəncliyin var, gücün var;
Mərd anadan süd əmmişlər mərd olar.
Hünər göstər, tarixlərə yadigar,
Get, düşmənə aman vermə davada,
Batır suda, vur quruda, havada.

Hünər göstər, sağ ol desin qoy elin,
Günəş ilə qardaş olsun əməlin,
Qoy var olsun mərd ürəyin mərd elin,
Get, düşmənə aman vermə davada,
Batır suda vur quruda, havada.

"Ədəbiyyat və incəsənət", 26 aprel 1975

 

 
     
        © Musigi Dunyasi, 2007