Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

QƏZETLƏRDƏ ÇAP OLUNMUŞ MƏQALƏLƏR
"ŞAH İSMAYIL"

 

Ayın 17-də mövqe tamaşaya qoyulan "Şah İsmayıl" operasının görməyə gələnlər arasında bulunduğumdan opera və teatrdakı intizam haqqında bir kaç söz yazmağı düşündüm; bilməm nədəndir, Şərqli olduğumuzdanmı, yoxsa tərbiyyəyi ictimaiyyəmizin nöqsanındanmı? Hər nədənsə, hər işdə geri qaldığımız kibi, oturub qalxmaq, gəzib qonuşmağımızda da çox, həm də pək çox nöqsanlarımız var.

Bu halı, ictima məhəllərdə (toplantı yerlərində) görüb anlamamaq üçün insanın gözü kor olması icab edir ki, böylə adamların əsasən bu kibi yerlərdə işi olmaz. O nə haldır? Teatroya daxil ola bilmək üçün hər halda geniş gövdəli, uzun boylu, qüvvətli bazulu olmaq icab ediyor ki, əks təqdirdə ayaq altında əzilməmək, başını, gözünü itirməmək qabil deyildir. Hələ gedənlərin arasında qadın olursa, vay başına gələnlər. Ahların, ufların bini (mini) bir paraya!

Bu halları biz müsəlmanların iştirak etdiyi ictimai yerlərindən özgə bir yerdə göstərə biləcək bir nəfər çıxa bilirsə, sükut etməyə hazıram!

Şükürlər olsun, teatroya girə bildim! Divarların hər yerində yazılan "Papiros çəkmək qadağandır" cümlələrini ətrafı qaplayan kəsif və pis papiros dumanlarından oxumaq mümkünmü?

Gec qaldığımı zənn etmişdim, səkkizin yarısı, səkkiz, doqquzun yarısı, doqquz oldu və teatro ayaq tapırdısından məhzun-məhzun inlədiyi halda, pərdə bir dürlü açılmaq istəmiyor! Səbəb? Artistin qırmızı çəkmələrini hələ gətirməmişlər, lazım gələn əlbisələr yerinə özgə əlbisə gətirmişlər! Nəhayət, pərdə açılır. Əsəri birinci dəfə gördüyümdən diqqətlə seyr etməyi düşünürkən, sağımdan, solumdan ardı-arası kəsilməyən pıçıltıların gəldiyini eşitdim. Gözlərimlə səhnəyi süzərkən ətrafdakı qısıltılara diqqət ediyor.

"Canım, bu İran qiyafətləri haradan, ərabla (ərəblərlə) İranın nə əlaqəsi var". Digər bir səda "Turan ilə İranı halə anlamamışlar. Aslan şah turanlıdır!". Digər, "xeyr, canım, türkməndir. Məə`mafi ha (olan odur ki,), hər halda iranlı deyil!". Xülasə, hər kəsdə oyanan bir fikir pyesi bərbad etmişlər! Hələ musiqi… Ölü havalarından bir fərqi yox. Terequlovun musiqi ilə söylədiyi sözlərdən birini anlamadığım kibi, yanımda oturanlardan da aldığım cavab, sükutdan başqa bir şey deyildi.

Səhnədə bir atışmadır başladı. "Nə oldu, nə oluyor?" deməyə vaxt qalmadan Şah İsmayılın Əmir ilə müharibə etdiyini gördük. Səhnədə yalnız bir top əskik idi. Bir tərəfdən üzünə qalxan tutub qılncla mübarizə edənlər durarkən, digər tərəfdən də son sistem tüfənglərin patlaması tam mənasıla saçma! Əgər sahibi rejissoru, rejissor da əsər sahibini qəbahətləndirmək istədiyi halda, tam bitərəfanə hərəkəti sevdiyimiz üçün biz hər ikisini qəbahətləndirməyi daha səmimi gördük. Nəticə: çox sözdən ziyadə az da olsa iş lazım! Camaatı bihudə yerdə üzməkdən fayda deyil, zərər əldə ediləcəyini söyləmək lazımmı, deyilmi? Bilməm.

"Kommunist", 19 fevral 1922

TÜRK SƏHNƏSİNİN ƏLLİ İLLİYİ

Türk səhnəsinin əlli illiyi münasibətilə mərkəzdən gəlmiş hökumət teatrosu artistlərindən yoldaş Sidqi Ruhullanın iştirakı ilə "Nadir şah" draması mövqe tamaşaya qoyuldu.

Həqiqətən Ağdaş səhnəsi birinci dəfə böylə bir təntənəli dramayı camaata göstəriyordu. Teatro açılmamışdan qabaq təntənəli bayramı qəza komitəsinin katibi türk səhnəsinin keçmişdə, indi və gələcəkdə oynayacağı rolu və əhəmiyyəti haqqındakı nitqi ilə açmışdır. Nəticədə aktyorlar maarif şöbəsi tərəfindən dəvət olundular.

"Kommunist", 16 aprel 1923  

 

 
     
        © Musigi Dunyasi, 2007