XX əsr Azərbaycan musiqisinin ən parlaq
simalarından biri olan Əfrasiyab Bədəlbəylinin
musiqişünas kimi qoyub getdiyi zəngin irsdə
terminologiya ilə bağlı tədqiqatlar
xüsusi yer tutur. Terminoloji problemlər bu gün
də milli musiqişünaslığımızın
ən maraqlı və eyni zamanda mürəkkəb
məsələlər dairəsini əhatə
edir.
Bu, birdəfəlik həlli mümkün olmayan
problemlərlə bağlı olan, musiqi elminin
inkişafı ilə bərabər daim dəyişən,
yeniləşən, çox işlənən
yüzlərlə söz və terminlər
üzərində dərin araşdırmalar
tələb edən bir tədqiqat sahəsidir.
Ötən əsrin 50-ci illərində Azərbaycan
dilində musiqi terminologiyası üçün
baza işlənib hazırlanması kimi çətin
və məsuliyyətli bir işin məhz Ə.Bədəlbəyliyə
həvalə edilməsi təsadüfi deyildi.
Universitetin Şərq fakültəsini linqvistika
ixtisası üzrə bitirmiş Ə.Bədəlbəyli
musiqinin tarixi və nəzəriyyəsinə
dair ensiklopedik biliklərə malik idi; o, Şərq
dillərini də, rus dilini də bilirdi, Şərq
və Qərb ədəbiyyatına yaxşı
bələd idi. Ə.Bədəlbəyli Azərbaycan
dilinin əsil «esteti» idi, gözəl qələm
sahibi, söz ustası kimi tanınmışdı.
Özünün ilk terminoloji lüğəti
üzərində işə başladığı
zaman o, bəstəkar kimi də, tənqidçi-publisist,
jurnalist, tərcüməçi kimi də zəngin
təcrübə əldə etmişdi. Bütün
bunlar Ə.Bədəlbəylinin terminoloji axtarışlarını
düzgün yolla aparmasını və bu sahədə
mühüm nailiyyətlərini təmin edən
əsas şərtlər olmuşdu.
Ə.Bədəlbəylinin 1969-cu ildə nəşr
edilmin «İzahlı monoqrafik musiqi lüğəti»nin
nümunəsində alimin Azərbaycan dilində
musiqi terminologiyasının işlənib hazırlanması
işində tutduğu mövqe, onun işlək
söz və terminlərin doğma dilimizə
tərcüməsi zamanı riayət etdiyi
başlıca prinsiplər barədə aydın
təsəvvür əldə edə bilərik.
Ümumi sayı 2000-dən artıq olan həm
Azərbaycan musiqi terminləri, həm rus dilində
işlənən, həm də Avropa dillərindən
alınma söz və terminlərin mənasını
müfəssəl açıqlayaraq tərcüməsini
təqdim edən «İzahlı monoqrafik musiqi
lüğəti» əslində ənənəvi
lüğət çərçivəsindən
xeyli kənara çıxan zəngin informasiya
mənbəyi, unikal bir terminoloji tədqiqatdır.
Azərbaycan dilində inkişaf edən musiqişünaslığımızın
bu günki nailiyyətlərini inkar edə bilməsək
də, etiraf etməliyik ki, rus və xarici dillərdən
alınma söz və terminlərin tətbiqində
Ə.Bədəlbəylinin 50-ci illərdə
qeyd etdiyi qarmaqarışıqlığa hələ
də son qoya bilməmişik. Hesab edirəm
ki, bu gün tərcüməsində müxtəlifliyin
mövcud olduğu bir çox musiqi terminlərinin
Ə.Bədəlbəyli tərəfindən
verdiyi qarşılıqlarına müraciət
edə bilərik.
Gətirəcəyim nümunələr hazırda
musiqi elmində də, tədris prosesində
və tərcübədə də çox işlətdiyimiz
terminlərdir. Məsələn, rus dilindəki
«ââîäíûé òîí» terminini Azərbaycan dilində «aparıcı
ton» kimi işlədirik. Halbuki, nə rus dili
baxımından, nə də həmin tonun funksiyası
baxımından bu tərcümə dəqiq
deyildir. Ə.Bədəlbəyli isə bunu
«çatdırıcı ton» adlandırmaqla həm
rusca «ââîäèòü» sözünün məqsədəuyğun
mənasını, həm də 7-ci pillənin
T-ya çatdırıcı funksiyasını
dəqiq ifadə edən termini təklif edir.
Rusca «çàäåðæàíèå» termininin hazırda işlətdiyimiz
«gecikmə» kimi deyil, Ə.Bədəlbəylinin
verdiyi «ləngimə» kimi işlədilməsi,
«íåàêêîðäîâûå òîíû» termininin isə bu gün tətbiq
etdiyimiz «qeyri-akkord tonlar» deyil, «akkorddan xaric
tonlar» kimi tərcüməsi, zənnimcə,
daha düzgündür. «Ïðîõîäÿùèé òîí» termininin
«keçici ton» kimi tərcüməsi əvəzinə
isə Ə.Bədəlbəylinin verdiyi «aralıq
ton» tərcüməsi daha məqsədəuyğundur,
belə ki, həmin tonların funksional mövqeyini
daha dəqiq bildirir; almanca bunların «durchgangston»
(«vasitəsilə» deməkdir) adlanması da
bunu bir daha sübut edir. İndiyə kimi dürüst
qarşılığını tapa bilməyərək
elə rus dilindəcə işlətdiyimiz
«ïðåäúåì» termininin Ə.Bədəlbəyli tərəfindən
verilmiş tərcüməsi – «qabaqcasəs»
– dilimizin ahəngdarlığını pozsa
da, musiqi prosesindəki mahiyyətini düzgün
açır. «Yönəlmə» adlandırdığımız
hadisəni- müvəqqəti olaraq bir tonallıqdan
digərinə keçidi – Ə.Bədəlbəyli
«sapma» adlandıraraq, onun mahiyyətini tam açmaq
üçün farsca qarşılığını
da («enheraf») gətirir ki, bu da tamamilə düzgündür,
belə ki, «yönəlmə» dedikdə biz
həmin hadisəni məhz «yönəldiyimiz»
tonallıq baxımından səciyyələndiririksə,
«sapma» termini bunu əsas tonallıq mövqeyindən
izah edir. Almanca bu terminin – «ausweichung» adlanması
(«aus»-dan; «dən» şəkilçisidir, yəni
«əsas tonallıqdan») da bunu sübut edir.
Rusca həm «çâóê», həm «ãîëîñ» sözləri
«səs» mənasını verdiyinə görə,
«òðåçâó÷èå» və «òðåõãîëîñèå» terminlərinin tərcüməsində
də dolaşıqlıq var. Hazırda «òðåçâó÷èå»
– «üçsəsli» və ya «üçsəslik»
kimi, «òðåõãîëîñèå» – «üçsəsli» və ya
«üçsəslilik» kimi işlədilir. Ə.Bədəlbəyli
isə «òðåõãîëîñèå»ni «üçsəslilik», «òðåçâó÷èå»ni
isə «üçhəmsəda» adlandırır.
«Üçhəmsəda»nı bir qədər
köhnəlmiş, mürəkkəb söz
hesab edənlər müəyyən dərəcədə
haqlı olsalar da, buradakı «həm» – rusca
«ñîçâó÷èå» sözündəki «co» hissəciyinin
mənasını ifadə edir ki, bu da üçsəslikdəki
ahəngdarlığa işarə kimi tamamilə
doğrudur. Bu misallar Ə.Bədəlbəylinin
belə bir düzgün mövqeyini nümayiş
etdirir ki, o, ilk növbədə musiqiçi
kimi çıxış edir, yəni hər
bir terminin mahiyyətini dəqiqliklə açan
optimal tərcümə variantını tapmağa
çalışır.
Misal gətirdiyim nümunələr Ə.Bədəlbəylinin
işləyib hazırladığı, lakin
bu gün də istifadəsində müxtəliflik
olan terminlərin cüzi bir hissəsidir. Şübhəsiz
ki, hazırda işlətdiyimiz bütün
terminləri bir kənara qoyub, yalnız Ə.Bədəlbəylinin
təklif etdiyi variantlardan istifadə edə
bilmərik. Lakin ruscadan və xarici dillərdən
işlək söz və terminləri tərcümə
edən hər bir musiqişünas onun rəhbər
tutduğu əsas prinsipə riayət etməli,
sadəcə sözün hərfi mənasını
deyil, onun mahiyyətini dəqiq bildirən qarşılığını
axtarmalıdır, yəni ilk növbədə
musiqiçi mövqeyindən çıxış
etməli, eyni zamanda dilimizin imkanlarından da
maksimal dərəcədə bəhrələnməlidir.
Yalnız bu yolla irəliləyərək, milli
musiqişünaslığımızda olan
terminoloji problemləri aradan qaldıra bilərik.